BƏLƏDİYYƏYƏ SÖZÜM VAR   az | rus | eng
HAQQINDA  
STRUKTUR  
QALEREYA  
XƏBƏRLƏR  
ƏLAQƏ  
  Xəbərlər
01.05.05 Novruz bayrami.
01.05.05 Novruz bayrami.
01.05.05 Novruz bayrami.
01.05.05 Novruz bayrami.
01.05.05 Novruz bayrami.
   Haqqında
    Pirəkəşkül kəndi.
  Pirəkəşkül vaxtilə Abşeronun qədim kəndlərindən olub. Kənd uzun müddət Çaylı adını daşıyıb. Pirəkəşkül kəndinin adının mənşəyi çox qədimlərə gedib çıxır. Adın etimalogiyası baradə fikirlər demək olar ki, haçalanmır. Əsas üzdə olan və qəbul edilən mülahizə ondan ibarətdir ki, yaşayış məntəqəsinin adı bu ərazidə mövcud olmuş pirin adı ilə bağlıdır. Toponimin tərkibindəki ikinci komponent hind qozundan düzəldilmiş və dərvişlərin gəzdirdiyi nəzir qabının adından- kəşkül sözündəndir. Keçmişdə pirlərin üstündən kəşkül asarmışlar. Pirəkəşkül sözü də mənbəyini burdan alıb.
  Kəndin Xızı dağlarının ətəklərində böyük yaylaq yerləri vardı. Əhali əsasən tərəkəmə həyatı sürüb, heyvandarlıqla, xüsusilə qoyunçuluqla məşğul olub, yayda yaylağa, qışda isə qışlağa köç edib. Bir vaxtlar burada böyük heyvandarlıq təsərrüfatı varmış. Lakin 1950-ci illərin sonlarında kəndin əhalisini Sumqayıt şəhərinə köçürüblər. 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar milli münaqişə zəmnində Ermənistandan deportasiya ediləndə onları yerləşdirmək üçün Nazirlər Kabinetinin 30 avqust 1989-cu il tarixli 361 saylı qərarına əsasən Qobustan qoyunçuluq savxozunun ərazisindən 300 ailəyə həyatyani torpaq fondu ayrılıb. Həmin fonddan Ermənistandan deportasiya edilmiş ailələrə fərdi ev tikilərək kand adı saxlanılmaqla yenidən bərpa olunub. Pirəkəşkül dağ ətəyində yerləşir. Onu Abşeronun digər kəndlərindən fərqləndirən əsas əlamətlərdən biri odur ki, kəndin yanından Sumqayıt çayı keçir. Kəndin ərazisində yetişən Çay yemişi öz şöhrətini bu günə qədər saxlamaqdadır. Pirəkəşkülün indiki sakinləri burada 1989-cu ildən məskunlaşdıqlarına görə kənddə tanınmış adamlar yetişməyib. Keçmiş sakinlər isə Abşeronun müxtəlif kəndlərinə və Sumqayıta səpələndiklərinə görə əslən Pirkəşküldən olan tanınmış şəxsiyyətləri ayrıd etmək çətindir.
  Qarabağ döyüşlərində kənddən 35 nəfər iştirak edib. Onlardan 8 nəfəri şəhid olub. Kənd ərazisində tarixi abidə yoxdur. Əhali əsasən Bakıdakı sənaye müəssisələrində çalışır, habelə heyvandarlıqla məşğul olur.


    Qobustan kəndi
Abşeron rayon ZDS İcraiyyə Komitəsinin 29 dekabr 1988-ci il tarixli 234-4 saylı və Azərbaycan Respublikası Nazirlər Sovetinin 04 noyabr 1989-cu il tarixli 442 saylı qərarı əsasında Qobustan Sovxozunun fəhlələrinə 56 ha sahə ayrılıb 200 ailə fərdi mənzil tikmək üçün 220 ailənin evi var.
Copyright BELEDIYYE.COM . All Rights Reserved. CREATED BY VISION PC